Maliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində “maliyyə” ixtisasının 2009-2013-cu il, ilk məzunları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, ADAU öz məzunları ilə mütəmadi görüşlər keçirir, onların karyera inkişafını daim diqqət mərkəzində saxlayır. Universitetin “maliyyə ixtisası” məzunları 10 ildən sonra yenidən öz doğma ali təhsil ocaqlarında bir araya gələrək tələbələrlə görüşməli, öz təcrübələrindən istifadə edərək fənn proqramlarının təkmilləşdirilməsində iştirak etməlidirlər.

Diqqətə çatdırılıb ki, məzunların 80%-i ixtisası üzrə gömrük, vergi, bank, sığorta və digər sahələrdə fəaliyyət göstərirlər.

Çıxış edən Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov, Ege Universitetinin alimləri və tələbələr bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Məzunlar çıxışlarında iş və təhsil təcrübələrindən danışaraq tələbələrə öz ixtisaslarını daha dərindən öyrənmək üçün motivasiya və tövsiyələr veriblər.


Maliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublarMaliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublar