İctimai fənlər kafedrası

Universitetin yarandığı dövrdən ictimai fənn kafedraları da fəaliyyətə başlamışdır. İctimai elmlər kafedrasının zəngin tarixi vardır. Bu kafedra ictimai elm kafedraları (SovİKP tarixi, Azərbaycan tarixi, XX əsrin siyasi tarixi , Fəlsəfə və s.) əsasında yaranmış və inkişaf etmişdir.

1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılarkən onun tərkibində iki ictimai elm kafedrası təşkil olunmuşdur. Onlardan biri “Siyasi iqtisad” kafedrası, digəri isə “Dialektik materializm və Leninizm” kafedrasi idi. “Dialektik materializm və Leninizm” kafedrasına dosent M.İsmayılov rəhbərlik etmişdir.

1933-1934-cü illərdə həmin kafedraya az müddətə professor K.Qordeladze rəhbərlik etmiş və yenidən dosent M.İsmayılov “Dialektik materializm və Leninizm” kafedra müdiri seçilmişdir. O, eyni zamanda professor adına layiq görülmüşdür.

1935-1936-cı illərdə kafedraya Əli Yazıcı rəhbərlik edir.

İctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrası

1950-ci illərin əvvəllərində yenidən təşkil olunmuş ictimai fənn kafedralarına həmin dövrdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti). Dövlət Pedaqoji İnstitutlarının məzunları qəbul olunmuşlar. Bu məzunlardan Əhməd Məmmədov, Əhməd Həsənov, Midhət Qurbanəliyev, Tanrıverdi Tanrıverdiyev, Mahmud Eyvazov, Cəmil Əkbərov kimi alimləri göstərmək olar. "Marksizm- Leninizm" kafedrası 1964-cü ilə kimi fəaliyyət göstərmiş, sonradan bu kafedranın bazasında üç kafedra - “Sov. İKP tarixi” kafedrası, “Fəlsəfə və Elmi Kommunizm” kafedrası və “Siyasi iqtisad” kafedraları təşkil olunur.

“Sov. İKP tarixi” kafedrasına fasiləsiz olaraq 1996-cı ilə kimi Moskva Dövlət Universitetinin məzunu professor Əhməd Məmmədov rəhbərlik etmişdir.

Ə.Məmmədov eyni zamanda Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. AKTA-nın partiya təşkilatı katibi vəzifəsini icra etmiş, 1988-ci ilə qədər bu kafedrada “Sov. İKP" tarixi fənnini tədris edilmişdir. 1988-ci ildən sonra Azərbaycan tarixi, XX əsrin siyası tarixi fənləri tədris olunmuşdur.

“Fəlsəfə və Elmi Kommunizm” kafedrasına isə professor Əhməd Həsənov rəhbərlik etmişdir. O, 1958-ci ildən fasiləsiz olaraq 2008-ci ilə qədər kafedra müdiri vəzifəsində çalışmışdır. Ə.Həsənov işlədiyi dövrdə AKTA partiya təşkilatının katibi vəzifəsində də çalışmışdır.

1975-ci ildən etibarən “Fəlsəfə və elmi kommunizm” kafedrasının adı dəyişdirilərək “Fəlsəfə və politologiya” kafedrası adlandırılmışdır. Professor Ə.M.Həsənov bu kafedraya kafedra müdiri seçilmişdir.

İctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrası

1964-cü ildən 2003-cü ilə qədər “Siyasi iqtisad” kafedrası fəaliyyət göstərmiş və müxtəlif dövrlərdə dosentlər H.Mirzəyev, M.Əsgərov, M.Eyvazov, Z.Mirzəyev, V.Kazımov bu kafedraya rəhbərlik etmişlər.

2003-cü ildə “Siyasi iqtisad” kafedrası ləğv edilmiş, kafedrada tədris olunan fənlər Maliyyə kafedrasına verilmişdir.

1991-ci ildən “ XX əsrin siyasi tarixi” kafedrası, 1996-cı ildən “Fəlsəfə və politologiya”, kafedrası ilə birləşərək “Fəlsəfə və tarix” kafedrası adlandırılır.

2008-ci ildə qərarı ilə “Fəlsəfə və tarix” kafedrasının adı dəyişdirilərək “Azərbaycan tarixi və humanitar fənlər” kafedrası adlandırılmışdır. Kafedraya tarix elmləri namizədi, dosent Nizami Əlizadə rəhbərlik etmişdir.

2009-cu ildə kafedra “Azərbaycan tarixi, fəlsəfə və hüquq” kafedrası adlanır. Dosent əvəzi Məleykə Əlizadə kafedra müdiri seçilir.

İctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrası

Azərbaycanda multikulturalizm siyasətinin dövlət səviyyəsində dəstəyini, 2015-ci ildən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi, tələbə gənclərin Azərbaycan tarixinin, mədəniyyətinin, milli mənəvi dəyərlərinin öyrənilməsi, dünyaya çatdırılması və azərbaycançılıq ruhunda tərbiyə olunması kafedranın adının dəyişdirilməsi zərurətini yaratdı və 2016-cı ildə kafedranın adı dəyişdirilərək “İctimai elmlər və multikulturalizm” kafedrası adlandırıldı. 2013-cü ildən 2023-cü ilə qədər bu kafedraya f.ü.f.d, ADAU-nun professoru Azad Bayramov rəhbərlik etmişdir. Bu gün kafedraya gənc dosent Elgün Aslanov rəhbərlik edir. Qürurla qeyd etmək lazımdır ki, bu kafedrada vaxtı ilə görkəmli elm xadimləri akademik Əlisöhbət Sumbatzadə, Mehdixan Vəkilov bir pedaqoq kimi çalışmış, mütəxəssis hazırlığında fəal iştirak etmişlər.

Kafedranın yüksək fəaliyyətini nəzərə alaraq Universitet Elmi Şurasının qərarına əsasən kafedra 2015-ci ildə “İlin kafedrası”, 2016-cı ildə “İlin ən yaxşı kafedrası” adına layiq görülmüşdür.

Bu gün kafedrada elmi-pedaqoji kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir.

Kafedranın elmi tədqiqat işi 3 mərhələdən ibarətdir:
I. Sovet hakimiyyəti illərində kooperasiyalaşma siyasətinin tarixi mərhələləri və hüquqi aspektləri;
II. Dünya ölkələrində kooperasiyalaşma siyasətinin tarixi mərhələləri və hüquqi aspektləri;
III. Müasir dövrdə Azərbaycanda kooperasiyalaşma siyasətinin hüquqi əsasları, tarixi perspektivləri.

Tədqiqat ili ərzində aparılan elmi araşdırmalar nəticəsində bu sahənin tarixi tədqiq edilmiş, sosial-hüquqi bazanın əsasları araşdırılmışdır.

Universitetin beynəlxalq əlaqələr və elm şöbələri ilə birlikdə kafedranın beynəlxalq əlaqələr günü-gündən genişlənir. Türkiyə, Rusiya, Qazağıstan kimi ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır. Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq universiteti və Qazağıstanın Kostanay Mühəndis-İqtisadiyyat Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanmışdır.

“İctimai fənlər” kafedrası 2013-2020-ci illər ərzində elmi məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər yazılıb çap etdirilməsi sahəsində uğurlar qazanmışdır. Bu illər ərzində kafedra əməkdaşları tərəfindən müxtəlif elmi məcmuələrdə 353 elmi məqalə çap olunmuşdur. Onlardan 205 elmi məqalə Respublika daxilində, 148 elmi məqalə isə xarici ölkələrin aparıcı elmi məcmuələrində çap olunmuşdur.

İctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrası

Xarici ölkələrdə çap olunmuş elmi məqalələr sırasına Polşa, Ukrayna, Slovakiya, Çexiya, Moldova, Türkiyə, Rumuniya, İspaniya, ABŞ, Fransa, Gürcüstan, Hindistan, BƏƏ, Qazaxıstan kimi ölkələri göstərmək olar. Dərc olunan elmi məqalələrdən 8-i impakt faktor jurnallarda çap olunmuşdur.

İctimai fənlər kafedrasının nəzdində “Yeni nəsil” Tələbə Elmi Dərnəyi fəaliyyət göstərir. Tədris ilində əsasən ayda iki dəfə bütün kursları əhatə edən dərnəyin yığıncaqları keçirilir və tələbələr müxtəlif mövzularda maraqlı çıxışlar edirlər. Dərnək ətrafına təxminən 200-dən çox tələbə cəlb edilmişdir. Dərnəyin yığıncaqlarında çox aktual elmi mövzular müzakirə edilmiş və bu müzakirələrdə kafedranın müəllimləri, fakültə rəhbərliyi, elm şöbəsinin nümayəndələri iştirak etmişlər.

Tələbə elmi dərnəyinin üzvləri olan tələbələr ictimai işlərdə də çox fəal iştirak etmişlər. Eyni zamanda müxtəlif miqyaslı tədbirlərdə də onların fəallığı yüksək qiymətləndirilmişdir. “Yeni nəsil” tələbə elmi dərnəyinin üzvü olan tələbələr Universitetin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi Tələbə Elmi Konfranslarında fəal iştirak edərək müxtəlif mükafat və təltiflərə layiq görülmüşlər.

“Yeni nəsil” Tələbə Elmi Dərnəyinin üzvlərinin bir çoxu Respublika miqyaslı konfranslarda, bilik yarışmalarında uğurla iştirak etmişlər.

2016-cı ildə Bakıda Heydər Əliyev mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil olunmuş bilik yarışmasında tələbələrimiz Respublikanın 44 ali məktəbi içərisində 2-ci yer tutaraq fəxri fərman və medallarla təltif olunmuşlar.

2017-ci ildə analoji yarışmada tələbələrimiz uğurla iştirak edərək Respublika üzrə 47 ali məktəb içərisində 3-cü fəxri yer əldə etmişlər.

Hər iki bilik yarışmasında dərnək üzvü olan tələbələrin uğur qazanmasında “İctimai fənlər” kafedrası müəllimlərinin də əməyi olmuşdur.

2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən bilik yarışında dərnək üzvləri yenə uğurla iştirak etmişlər.

Kafedra tələbə gənclərimizdə vətənpərvərliək tərbiyəsi və dövlətçilik ideyaları təbliğatı məqsədilə mütəmadi olaraq əlamətdar günlərlə əlaqədar fakültə tədbirlərini həyata keçirir. “20 yanvar”, “Xocalı soyqırımı”, “31 mart Azərbaycanlıların soyqırımı”, “Aprel döyüşləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”- nin yaranmasının ildönümü, “26 iyun Milli Ordu günü”, “Dövlət müstəqilliyi günü”, “Milli dirçəliş günü”, “Bayraq günü” və s. bu kimi hadisələr münasibəti ilə elmi-nəzəri konfranslar, dəyirmi masalar təşkil edilir.

İctimai fənlər kafedrasıİctimai fənlər kafedrasıİctimai fənlər kafedrası

Kafedrada tələbələr arasında müəyyən mövzularla debatların təşkil olunması çox maraqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar təşkil olunmuş debatlar tələbələrin sərbəst fikirli olmalarını üzə çıxarmışdır.

Kafedra görkəmli şəxsiyyətlərdən generallar Əliağa Şıxlınskinin, Səməd bəy Mehmandarovun və başqalarının yubileyləri ilə əlaqədar Aqrar iqtisadiyyat və Aqrobiznes fakültələrinin iştirakı ilə elmi-nəzəri konfranslar keçirmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərindən Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, görkəmli maarifçi və böyük türkçülər olan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi görkəmli şəxsiyyətlər haqqında “dəyirmi masa” keçirilmişdir.

Kafedra əməkdaşları həmçınin, Gəncə şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə əlaqədar kafedranın təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universitetində də silsilə tədbirlər keçirilmişdir.

2018-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Həmin konfransın həm təşkil edilməsi, həm də keçirilməsində “İctimai fənlər” kafedrasının əməkdaşları fəal iştirak etmişlər. Universitetdə “Azərbaycan Xalq Cümhuriyyəti” muzeyi yaradılmışdır. Həmin muzeyin yaradılmasında kafedra əməkdaşlarının böyük rolu olmuşdur. Bu muzeyin yaradılmasında fəal iştirak etdiyinə görə kafedranın əməkdaşı Azad Bayramov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018-ci illər)” yubiley medalı ilə təltif olunmuşdur.

2022-ci ildən kafedra "İctimai fənlər kafedrası" adlanır.

Hazırda kafedranın kadr potensialı 29 nəfərdən ibarətdir. Onlardan 25 nəfəri professor-müəllim, 5 nəfəri isə laborant-texniki heyətdən ibarətdir. Professor-müəllim heyətinin 6 nəfəri fəlsəfə doktoru, dosent, 1 nəfəri fəlsəfə doktoru, dosent əvəzi, 1 nəfər t.ü.f.d, baş müəllim, 4 nəfər baş müəllim, 14 nəfəri isə müəllimdir.


KAFEDRA MÜDİRİ


Aslanov Elgün Məhəmmədəli oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Bayramov Azad Mustafa oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Kazımov Əbdülrəhman Ənvər oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Abdullayeva Sevda Fizuli qızı
Dosent, tarix üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Qasımova Samirə Əliağa qızı
Dosent, tarix üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Əsədova Xanım İradil qızı
Dosent (elmi adı olmayan), tarix elm sah.üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Fazilə Bayramovna qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədov Mahir Amin oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qəhrəmanova Zümrüd Nağı qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Axundov Azər Yadı oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Musayeva Şəfa Xasafat qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Dünya Xaliq qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əhmədova Elvira İsmayıl qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nəbiyeva Esmira İslam qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Gülmira Qəşəm qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qarayeva Ləman Əhməd qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əhmədova Türkan Yusif qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Salmanova Saidə Nizami qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Ceyhun Nadir oğlu
S.e.f.d, dosent
HAQQINDA MƏLUMAT (CV)



Əlizadə Səbinə Qiyas qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Səfərova Çinarə Qabil qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Günay Şöhrəddin qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsədova Turanə Bahəddin qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Rzayeva Tamilla Zahir qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsədi Samirə Firudin qızı
Müəllim
HAQQINDA MƏLUMAT (CV)