Maliyyə və iqtisadi nəzəriyyə kafedrası

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasıMaliyyə və iqtisadi nəzəriyyə kafedrası 2009-cu ildə "Statistika və maliyyə" və "Gömrük ekspertizası və iqtisadi nəzəriyyə" kafedralarının bazasında yaradılmışdır.

1947-ci ilədək "Siyasi iqtisad" fənni ictimai elm kafedralarının tərkibində tədris olunur, İctimai elm kafedraları isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yarandığı dövrdən təşkil olunmuşdu. Siyasi iqtisad kafedrası 1947-ci ildən sərbəst fəaliyyətə başlamış, 1976-cı ilə kimi kafedraya dosent Həmid Mirzəyev, 1976-1986-cı illərdə dosent Mirzə Əsgərov, 1986-1992-ci illərdə dosent Mahmud Eyvazov, 1992-1998-ci illərdə dosent Zakir Mirzəyev,1998-2003-cü illərdə dosent Vəkil Kazımov rəhbərlik etmişlər.

Kafedrada 1992-ci ilədək siyasi iqtisad, iqtisadi təlimlər tarixi, iqtisadi konsepsiya və iqtisadi tarix fənləri,1992-ci ildən siyasi iqtisad fənninin adı dəyişdirilərək iqtisadi nəzəriyyə adı altında tədris olunur.

Gömrük işinin təşkili və ekspertizası kafedrası 2001-ci il noyabr ayında Zoomühəndislik fakültəsinin nəzdində yaradılmış, 2001-2003-cü ildə kafedraya professor Qəmbər Abdullayev rəhbərlik etmişdir. 2003-cü il may ayından kafedra aqrar iqtisadiyyat fakültəsinin tərkibinə keçirilmiş və kafedraya 2007-ci ilədək dosent Zakir Əhmədov rəhbərlik etmişdir. 2007-2009-cu ildə kafedra Gömrük ekspertizası və iqtisadi nəzəriyyə adı altında fəaliyyət göstərmiş, kafedraya dosent Məmməd İsmayılov rəhbərlik etmişdir. 2009-cu tədris ilindən kafedra Maliyyə kafedrasına birləşdirilmiş və kafedra “maliyyə və iqtisadi nəzəriyyə” adlandırılmışdır.

1990-cı ildə statistika və maliyyə kafedrası yaradılmışdır. 1990-1996-cı illərdə kafedraya dosent Həmid İsmayılov, 1996-2001-ci illərdə dosent Natiq Cavadov, 2001-2009-cu illərdə dosent Sabir Ömərov, 2009-cu ildən isə maliyyə və iqtisadi nəzəriyyə kafedrasına professor Məhərrəm Hüseynov rəhbərlik edir.

Kafedranın müdiri i.e.d. prof. M.C.Hüseynov 224 elmi və metodiki əsərin, o cümlədən 3 monoqrafiyanın, 8 dərs vəsaitinin, 4 dərsliyin müəllifidir.

Kafedrada 2004-cü ildən "Maliyyə" dərnəyi fəaliyyət göstərir. Dərnəyin fəaliyyəti çərçivəsində hər tədris ilində tələbələrin iştirakı ilə məşğələlər keçirilir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasıMaliyyə və iqtisadi nəzəriyyə kafedrasıMaliyyə və iqtisadi nəzəriyyə kafedrasıMaliyyə və iqtisadi nəzəriyyə kafedrası

Kafedrada beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə Beynəlxalq əlaqələr bölməsi fəaliyyət göstərir. Bu bölmə dünyanın müvafiq universitetləri ilə kafedranın əməkdaşlığının təşkili ilə məşğuldur.

Qrayfsvald Universiteti. Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri prof. M.Hüseynov Almaniyanın Qrayfsvald Universiteti, Gürcüstan Kənd Təsərrüfatı İnstitutu və Azərbaycan Dövlət Aqrar Universitetinin "Azərbaycan və Gürcüstanda birgə istifadədə olan örüş yerlərində yaranan problemlərin tədqiqi" mövzusunda layihəyə Azərbaycan tərəfindən rəhbərlik etmişdir. Layihə Almaniyanın “Volkswagen" fondu tərəfindən maliyyələşdirilmişdir.

Kafedranın elmi əməkdaşlıq etdiyi Alman universitetləri arasında Vaynştefan, Kassel və Leipsik Universitetləri də var.

Leipsik Universiteti. Avropanın Erasmus+ proqramı çərçivəsində “KA2 - Ali təhsil sahəsində potensialın artırılması üzrə innovasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün əməkdaşlıq” prioriteti mövzusunda Almaniyanın Leipsik Universitetinin müraciət etdiyi “Azərbaycan və Özbəkistan universitetlərində fermerlər üçün aqro-texnoloji innovasiya mərkəzinin yaradılması – AGRICON” layihəsində ADAU-nu Maliyyə və iqtisadi nəzəriyyə kafedrası təmsil edir.

Varşava Təbiət Elmləri Universiteti. Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu Universitet arasında əməkdaşlıq memorandumu çərçivəsində həmin universitetin Maliyyə kafedrası ilə də sıx elmi əlaqələr mövcuddur. Bu elmi əlaqələrin tərkib hissəsi olaraq, universitetin müəllim və tələbə kontingentinin sözü gedən universitet ilə mübadilə proqramlarında iştirak etməsi (məsələn Erasmus+) əsas prioritet istiqamətlərdən olmuşdur.

19 Mayıs Universiteti. Kafedra Avropanın bir sıra Universitetləri ilə yanaşı eyni zamanda Türkiyənin də nüfuzlu universitetləri ilə Erasmus+ proqramı çərçivəsində akademik və inzibati heyətin mobilliyində, birgə elmi-tədqiqatlar aparılmasında maraqlı olmuşdur. Türkiyənin 19 Mayıs Universiteti ilə ADAU arasında əməkdaşlıq memorandumu mövcuddur. Həmin müqavilənin müvafiq bəndlərinə əsasən birgə tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur.

Kafedra müdiri prof. M.Hüseynov Türkiyənin MUMEYUK vakfının üzvü olmaqla keçirilən tədbirlərdə iştirak etmişdir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasıMaliyyə və iqtisadi nəzəriyyə kafedrası

Voronej Dövlət Aqrar Universiteti. Bu universitet ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanmış memoranduma əsasən Maliyyə və iqtisadi nəzəriyyə və ADAU-nun Maliyyə və kredit kafedraları birgə elmi-tədqiqat işləri aparılır.

2015-2016-cı illərdə Elmin İnkişafı Fondunun elan etdiyi “Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılması” mövzusunda ölkədaxili layihə icra edilmişdir. Prof. M.C.Hüseynov həmin layihənin rəhbəri olmuşdur. Layihənin nəticəsi üzrə Elmin İnkişafı fondunun vəsaiti hesabına “Aqrar istehsal strukturunun diversifikasiyası” adlı monoqrafiya nəşr etdirilərək ölkəmizin tədris və elmi tədqiqat institutlarına paylanmışdır.

Prof., M.C.Hüseynovun rəhbərliyi ilə Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının əməkdaşları 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi çərçivəsində “Aqrar sahədə innovasiyalı inkişafa dövlət dəstəyi sisteminin təkmilləşdirilməsi”, Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyinin (BMBF) “İEOÖ və İEÖ-də problemlərin davamlı həlli üçün tərəfdaşlıq-inkişafa dəstək üçün elmi tədqiqat, Orta Asiya və Cənubi Qafqazda elm, tədqiqat və təhsil sahəsində tərəfdaşlıq üçün pilot tədbirlər” qrant müsabiqəsinin “Cənubi Qafqaz Bölgələrində örüş və ictimai münasibət” adlı layihələr işlənmişdir.

Maliyyə və iqtisadi nəzəriyyə kafedrasında 26 nəfər əməkdaş çalışır. Onlardan 1 nəfər professor, 4 nəfər dosent, 11 nəfər baş müəllim, 10 nəfər assistentdir. 7 nəfərin isə elmi adı var.


KAFEDRA MÜDİRİ


Hüseynov Məhərrəm Cəlal oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


İsmayılov Ceyhun Nəsib oğlu
Dekan müavini, dosent
HAQQINDA MƏLUMAT (CV)



Əlifov Yaqub Feyzulla oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Salahov Elçin Arif oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədov Niyaz Nizami oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Nəbiyeva Şəlalə Nürəddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Novruzora Bəsti Yusif qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Təranə Eyyub qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Osmanova Günel Rəhim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Ruhiyyə Cəfər qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bağırova Təranə Adil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aynur Rəhim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yusifov Səməd Nurəddin oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əlifov Vüsal Yaqub oğlu
Baş müəllim, İ.ü.f.d.
HAQQINDA MƏLUMAT (CV)



Cəfərov Cəfər Firdovsi oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Cəlilov Əziz Abduləli oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Rəhimov Fərrux Məhəmməd oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məsimli Nərmin Afiq qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Kərimov Mehman İlham oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Təranə Vidadi qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Vəliyev Fərid Şakir oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Tahirova Gülçin Mərdan qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Süleymanova Aysel Şakir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Rzayeva Amalya Arif qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Qarayeva Sevinc Şöhrəddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)