ADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat və Mühəndislik fakültələrində Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Aqrar iqtisadiyyat fakültəsində “Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcıdır!” mövzusunda baş tutan dəyirmi masada əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov bildirib ki, Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Aprel döyüşlərində şanlı qələbə qazanaraq, düşmənin layiqli dərsini verdi. Kafedra müdiri bu şanlı qələbənin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdiyini, böyük Zəfərə gedən yolun başlanğıcı olduğunu diqqətə çatdırıb.

Sonra İctimai fənlər kafedrasının əməkdaşları Əbdürəhman Kazımov, Azər Axundov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının əməkdaşları Asəf Qasımov və Vətən müharibəsinin iştirakçısı olmuş Fariz Süleymanov öz çıxışlarında Aprel döyüşlərində ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, bu tarixi hadisənin əhəmiyyətindən, qəhrəmanlıq nümunələrindən, Azərbaycan dövlətinin qüdrətinin, Ordumuzun gücünün xalqımızın monolit birliyinin nümayişinə çevrilməsi haqqında ətraflı məlumat veriblər. Aprel döyüşlərində Vətən oğullarının şücaətindən bəhs edib, dünya hərb tarixində xüsusi yeri olan və artıq yeni hərbi paradiqma kimi öyrənilən 44 günlük Vətən müharibəsindəki Qələbənin təməlinin Aprel döyüşləri zamanı qoyulduğunu vurğulayıblar.

Növbəti tədbir Mühəndislik fakültəsində baş tutub. Tədbirdə fakültə əməkdaşları və tələbələr iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsindəki şanlı Qələbəmizdən və Rəşadətli Ordumuzun şücaətindən söz açıblar.


ADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilibADAU-da Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib