Aqrar sahənin iqtisadiyyatı kafedrası

Aqrar sahənin iqtisadiyyatı kafedrasının tarixi 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kənd təsərrüfatının iqtisadiyyatı fakültəsinin yaradılması dövründən başlayır. Bu kafedra 1959-cu ildə “Sosialist kənd təsərrüfatının iqtisadiyyatı”, sonralar kafedranın adında dəyişikliklər edilərək “Kənd təsərrüfatının iqtisadiyyatı”, 2001-ci ildən “Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr”, 2009-cu ildən “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrası adlandırılmışdır. Hazırda kafedra “Aqrar sahənin iqtisadiyyatı” adlanır.

Kafedranın ilk müdiri onun yaradılmasında bilavasitə iştirak edən iqtisad elmləri namizədi, dosent Hacı Həsənov olmuş, 1974-1982-ci illərdə kafedraya iqtisad elmləri doktoru, professor Dilqəm Məhərrəmov, 1982-1984-cü illərdə dosent Vaqif Məmmədov, 1984-2003-cü illərdə iqtisad elmləri doktoru, professor, AMEA-nın və Rusiya (keçmiş Ümumittifaq) Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü Aydın Məmmədov rəhbərlik etmişdir.

Kafedra fəaliyyətə başladığı dövrdən burada kənd təsərrüfatının iqtisadiyyatı sahəsində yüksək ixtisaslı kadr hazırlığı aparılır, eyni zamanda aqrar iqtisadiyyatın aktual problemləri sahəsində elmi-tədqiqat işləri yerinə yetirilir, bu sahədə mühüm elmi-praktiki əhəmiyyət daşıyan nəticələr əldə edilir.

Kafedranın görkəmli məzunları sırasında Əhməd Verdiyev, Həsən Allahverdiyev, Aydın Məmmədov, İsa Əhmədov, Afət Əhmədov, Anar Abbasov, Sahib Əliyev, Ramiz İsgəndərov, Məhərrəm Hüseynov, Eldar İbrahimov və s. göstərmək olar.

Sonralar kafedraya dosentlər Vahid Əmrahov, Anar Hətəmov, Əsli Qurbanova rəhbərlik etmişlər.

2018-ci ildən kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Raminə Ramiz qızı Mustafayeva rəhbərlik edir.


Aqrar sahənin iqtisadiyyatı kafedrası

Aqrar sahənin iqtisadiyyatı kafedrasında bakalavriat və magistratura səviyyələrində iqtisadiyyat ixtisası üzrə azərbaycan, rus və ingilis dillərində mütəxəssis hazırlığı həyata keçirilir. 2009-2010-cu tədris ilindən 2017-2018-ci tədris ilinə qədər kafedrada bakalavriat və magistratura səviyyələrində dünya iqtisadiyyatı ixtisası üzrə kadr hazırlığı həyata keçirilmişdir.

Kafedranın nailiyyətlərindən biri universitetimizdə ilk dəfə olaraq 2010/2011-ci tədris ilindən bakalavriat səviyyəsində tədrisin ingilis dilində təşkil edilmiş Xüsusi İstedadlar Qrupunun yaradılması olmuşdur. Həmin qruplarda tədrisin aparılması məqsədi ilə xarici və yerli kadrlar cəlb edilmişdir. Xüsusi İstedadlar Qrupunda təhsil alan tələbələr xarici elmi-praktiki konfranslarda və seminarlarda universitetimizi uğurla təmsil edir. Bu qruplarda təhsillərini başa vurmuş tələbələrimiz hazırda dünyanın müxtəlif ölkələrində təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirir.

Aqrar sahənin iqtisadiyyatı kafedrasıAqrar sahənin iqtisadiyyatı kafedrasıAqrar sahənin iqtisadiyyatı kafedrası

Son illər kafedrada “Aqrar sahədə innovasiyalı və ixracat yönümlü sahibkarlığın inkişafının iqtisadi mexanizminin əsaslandırılması” (2013-2015), “Aqrar sahədə istehsal strukturunun modernləşdirilməsinin iqtisadi mexanizmi və onun əsaslandırılması” (2016-2018) istiqamətlərində elmi-tədqiqat işləri işlənilmişdir. Hazırda kafedrada “Aqrar sahədə kooperasiyalaşmanın iqtisadi mexanizmi və onun təkmilləşdirilməsi” (2018-2020-ci il) mövzusunda elmi-tədqiqat işi aparılır. Kafedrada gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir, bu məqsədlə mütəmadi olaraq aqrar sahənin aktual problemləri ilə bağlı dəyirmi masalar təşkil edilir, fikir mübadiləsi aparılır.

Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Aqrar sahənin iqtisadiyyatı kafedrası olaraq bəzi dünya universitetləri ilə iki tərəfli əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, professor-müəllim heyətinin konfranslarda iştiraklarının təmin edilməsi, Erasmus+ layihələrinin yazılması, vebnarların təşkili, elmi məqalələrin çap edilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin qarşılıqlı mübadiləsi məqsədi ilə aşağıda adları qeyd olunan universitetlərlə əlaqələr qurumuşdur. MDB ölkələrindən Qazaxıstan Milli Aqrar Universitetini, Qırğızıstan Milli Aqrar Universitetini, Belarusiya Dövlət Texniki Aqrar Universitetini qeyd etmək olar. Avropa universitetlərindən Bolqarıstanın Varna Iqtisadiyyat Universitetini (University of Economics-Varna), həmçinin İspaniyanın Jaen Universiteti ilə 2021-ci ilin Erasmus+ layihəsinə tərəfdaş universitet olaraq qoşulmaq istiqamətində ilkin razılıq əldə olunmuşdur.

Aqrar sahənin iqtisadiyyatı kafedrasıAqrar sahənin iqtisadiyyatı kafedrasıAqrar sahənin iqtisadiyyatı kafedrası

Həmçinin Azərbaycan Dövlət Aqrar Universitet və Türkiyənin Ege Universiteti arasında imzalanmış memaranduma əsasən aqrar iqtisadiyyat ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir.

Aqrar sahənin iqtisadiyyatı kafedrasında 24 müəllim çalışır. Onlardan 10 nəfər dosent, 1 nəfər dosent (elmi adı olmayan), 8 nəfər baş müəllim, 5 nəfər assistent təşkil edir.

KAFEDRA MÜDİRİ


Mustafayeva Raminə Ramiz qızı
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Hətəmov Anar Nizami oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qasımov Asəf Məhərrəm oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Nəsibova Xalsa İbrahim qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Tağıyev Murad Zahid oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Yeganə Əziz qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Sevda Tofiq qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qurbanova Əsli Alı qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Qəmbərova Ruhiyyə Məntiq qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Cəfərova Raibə Məmmədbağır qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Nəsirov Elçin Vaqif oğlu
Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Süleymanov Fariz Vidadi oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Səbinə Hüseyn qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Salıyeva Validə İsa qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Aygün Alim qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Tağıyeva Gülnarə Adil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bayramova Zenfira Bayram qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Babayeva Səmayə Oqtay qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Babayeva Fidan Knyaz qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Muradov Rahil Cabbar oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Yaqubzadə Solmaz Rəhman qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)