FAKÜLTƏ HAQQINDA

FAKÜLTƏ HAQQINDAAqrar sahə üzrə iqtisadçı kadrların hazırlanması bazası hələ 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun tərkibindəki kənd təsərrüfatı fakültəsində kənd təsərrüfatı istehsalının təşkili kafedrasının yaradılması ilə mövcud idi.1929-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldıqdan sonra aqronomluq fakültəsində kənd təsərrüfatının iqtisadiyyatı şöbəsi açıldı. 1937-ci ildə şöbə bağlandı, bu istiqamətdə mütəxəssis hazırlığı Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verildi. Lakin, İnstitutda “Sosialist kənd təsərrüfatı müəssisələrinin təşkili” kafedrası saxlanıldı. Bu kafedra institutun bütün fakültələrinin tələbələrinə iqtisad yönümlü fənləri tədris edirdi.

Ölkəmizdə aqrar iqtisadçılara kəskin ehtiyac olduğu ilə əlaqədar 1959-cu ildə aqrar iqtisadiyyat fakültəsi Bakıdakı Xalq Təsərrüfatı İnstitutundan Azərbaycan Kənd Təsərrüfatı İnstituna köçürülmüş və bu institutda “kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə mütəxəssis hazırlığına başlanılmışdır.

1941-1945-ci illərin müharibəsindən sonrakı dövrdə Respublikada kənd təsərrüfatının sürətlə inkişafı aqrar iqtisadçıların hazırlığının keyfiyyət baxımından yaxşılaşdırılmasını, onların ixtisaslaşmasının dərinləşdirilməsini tələb edirdi. Bunu isə Xalq Təsərrüfatı İnstitutu təmin edə bilmirdi. Buna görə də 1959-cu ildə kənd təsərrüfatının iqtisadiyyatı fakültəsi Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna verildi.

Fakültənin ilk dekanı dosent Məmməd Əfəndiyev (1959-1965) olmuşdur. Fakültənin yaranmasında və təşəkkülündə onun böyük əməyi olmuşdur. Sonralar fakültəyə dosentlər Nazim Fərəcov, Zahid Rzayev, Vaqif Məmmədov, Qafar Əkbərov, prof. Aydın Məmmədov, dosentlər Məhərrəm Hüseynov, Natiq Cavadov, Telman Musayev, Zakir Əhmədov, Bəylər Əliyev rəhbərlik etmiş, 2018-ci ildən dosent Asəf Qasımov fakültənin dekanıdır.

Fakültənin fəaliyyətinin ilk illərində müəllimlər arasında cəmi 3 elmlər namizədi olduğundan, dərəcəli elmi-pedaqoji heyətə ciddi ehtiyac yaranmışdı. Bu məqsədlə aspiranturanın yaradılması, fakültə müəllimlərinin digər ali məktəblərin iri kənd təsərrüfatı müəssisələrinin iqtisadiyyatı və təşkili kafedralarına göndərilməsi kimi tədbirlərdən istifadə edilirdi.

Elmi-pedaqoji kadrların hazırlığında K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının akademikləri S.Q.Kolesnev, S.S.Sergeyev, Xarkov Kənd Təsərrüfatı İnstitutunun professoru L.M.Kletski, Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun professorları İ.L.Djaşi, N.K.Laçkapiani, N.S. Yaşvili, Q.M.Jqenti kimi görkəmli aqrar iqtisadçı alimlər böyük kömək göstərmişlər. AKTİ-nin alimlərindən dos. M.M.Əfəndiyev, prof.A.İ.Məmmədov, prof.İ.V.Əhmədov və başqaları müvafiq kafedralara rəhbərlik etmiş,onların elmi rəhbərlikləri ilə çoxsaylı namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.


Bu alimlərin köməyi ilə fakültədə xeyli yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. Fakültənin inkişafı dövründə 4 iqtisad elmləri doktoru, professor, onlarla elmlər namizədi, dosent hazırlanmışdır ki, onların da əksəriyyəti AKTİ-nin yetirmələridir. 1965-ci ildən kənd təsərrüfatında “mühasibat uçotu” ixtisası üzrə mütəxəssis hazırlığına başlandı.

Hazırda aqrar iqtisadiyyat fakültəsində bakalavriat səviyyəsi üzrə “İqtisadiyyat”, “Maliyyə”, magistratura səviyyəsi üzrə “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı, “Sığorta işinin təşkili” və “Vergi və vergiqoyma”, doktorantura səviyyəsində “Sahə iqtisadiyyatı” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

FAKÜLTƏ HAQQINDA

Bu gün aqrar iqtisadiyyat fakültəsinin maddi texniki bazası əvvəlki dövrlərdən fərqli olaraq daha zəngindir. Burada müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriya və kabinələr fəaliyyət göstərir. Fakültənin alimləri yüksək ixtisaslı aqrar iqtisadçı mütəxəssislərinin hazırlığı ilə yanaşı aqrar iqtisadiyyat elminin inkişafına da dəyərli töhfələr verirlər.

Ölkə iqtisadiyyatının aqrar sahəsinin qarşısında duran mürəkkəb məsələləri həll etmək üçün yüksək ixtisaslı aqrar iqtisadçılar hazırlamaq üçün fakültənin tərkibində fəaliyyət göstərən aqrar sahənin iqtisadiyyatı, maliyyə və iqtisadi nəzəriyyə, ictimai elmlər və multikulturalizm kafedralarının kollektivləri pedaqoji və tədris metodiki fəaliyyətlə yanaşı, həm də iqtisad və ictimai elmlərin müxtəlif sahələri üzrə elmi-tədqiqat işi aparır, dərslik, dərs vəsaiti və monoqrafiyaların hazırlanmasında da fəal iştirak edirlər.

PROFESSOR-MÜƏLLİM HEYƏTİ

Elmlər doktoru, professor-2
Fəlsəfə doktoru, dosent-16
Fəlsəfə doktoru,baş müəllim-5
Baş müəllim-20
Fəlsəfə doktoru, assistent-1
Assistent-15
Müəllim-2

TƏLƏBƏLƏRİN SAYI

Bakalavriatlar-463
Magistrantlar-25


FAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDA


FAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA
FAKÜLTƏ HAQQINDA