
Maliyyə və mühasibat uçotu kafedrası 10 iyul 2024-cü il tarixdə “Maliyyə və iqtisadi nəzəriyyə” və “Mühasibat uçotu və audit” kafedraları birləşdirilərək yaradılmışdır.
Maliyyə və iqtisadi nəzəriyyə kafedrası 2009-cu ildə "Statistika və maliyyə" və "Gömrük ekspertizası və iqtisadi nəzəriyyə" kafedralarının bazasında yaradılmışdır.
1947-ci ilədək " Siyasi iqtisad" fənni ictimai elm kafedraları tərkibində tədris olunurdu. İctimai elm kafedraları isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yarandığı dövrdən təşkil olunmuşdur. Onun tərkibində siyasi iqtisad və dialektik materializm-leninizm bölmələri fəaliyyət göstərirdi.
Siyasi iqtisad kafedrası 1947-ci ildən sərbəst fəaliyyətə başlamışdır. Həmin dövrdən 1976-cı ilə kimi, kafedraya dosent H.Z.Mirzəyev rəhbərlik etmişdir. 1976-1986-cı illərdə həmin vəzifədə dosent M.M.Əsgərov, 1986-1992-ci illərdə dosent M.İ.Eyvazov, 1992-1998-ci illərdə dosent Z.İ.Mirzəyev çalışmışlar. 1998-2003-cü ilə kimi kafedranın müdiri dosent V.Y.Kazımov olmuşdur.
Kafedrada 1992-ci ilədək siyasi iqtisad (kapitalizm və sosializm bölmələri), iqtisadi təlimlər tarixi, iqtisadi konsepsiya və iqtisadi tarix fənləri tədris olunmuşdur. 1992-ci ildən etibarən Siyasi iqtisad fənninin adı dəyişdirilərək İqtisadi nəzəriyyə adı altında tədris olunmuşdur. 2009-cu ildən isə kafedrada Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, İqtisadi nəzəriyyə və Dünya iqtisadiyyatının tarixi fənləri tədris olunur.
İqtisadi nəzəriyyə kafedrasının əməkdaşları pedaqoji fəaliyyətlə yanaşı geniş elmi tədqiqat işi aparmışlar. Həmin dövrdə kafedranın əməkdaşlarından 3 nəfəri müdafiə edərək i.e.n. alimlik dərəcəsi almışlar.
Əməkdaşlarından dosent Y. F. Əlifovun (başqa müəlliflərlə birgə) iki hissədən ibarət "İqtisadi nəzəriyyə" nin əsasları dərs vəsaiti, 2000-2002-ci illərdə dosent H. M. Əhmədovun "İqtisadiyyat" (İqtisadi nəzəriyyənin əsasları) dərs vəsaiti, dosent H. M. Əhmədov və dosent Y. F. Əlifovun "iqtisadiyyat" (İqtisadi nəzəriyyənin əsasları) dərs vəsaiti nəşr olunmuşdur. Həm də kafedranın əməkdaşları tərəfindən son 10 il ərzində yüzdən artıq elmi məqalələri nəşr edilmişdir.
Kafedra 2003-cü ildə tədris yükü az olduğu üçün Aqrar istehsalın təşkili və sahibkarlıq kafedrasının, 2006-cı ildən Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr kafedrasının, 2007-ci ildən isə Gömrük ekspertizası kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 2009-cu ildən etibarən isə Maliyyə və statistika kafedrası ilə birləşdirilərək Maliyyə və iqtisadi nəzəriyyə kafedrası kimi fəaliyyət göstərir.
Gömrük işinin təşkili və ekspertizasi kafedrası 2001-ci il noyabr ayında Zoomuhəndislik fakültəsinin nəzdində yaradılmışdır.
2001-2003-cü ildə kafedraya professor Abdullayev Qəmbər Qoca oğlu rəhbərlik etmişdir.2003-cü il may ayından etibarən kafedra aqrar iqtisadiyyat fakültəsinin nəzdinə keçirilmiş və kafedraya Əhmədov Zakir Talıb oğlu kafedra müdiri kimi 2007-ci ilədək rəhbərlik etmişdir.




2007-2008-ci tədris ilində kafedra maliyyə və statistika kafedrası ilə birləşdirilmişdir.
2007-2009-cu ildə kafedra Gömrük ekspertizası və iqtisadi nəzəriyyə adı altında fəaliyyət göstərmişdir. Kafedraya həmin dövrdə dosent M.H. İsmayılov rəhbərlik etmişdir.
2009-cu tədris ilindən etibarən Maliyyə və iqtisadi nəzəriyyə kafedrasında fəaliyyət göstərir.
2001-2009-cu illər ərzində 300 nəfərə yaxın bakalavr pilləsi üzrə gömrük işinin təşkili və gömrük ekspertizasi ixtisası üzrə tələbə bitirmiş 15 nəfər isə gömrük işinin təşkili və gömrük ekspertizasi ixtisası üzrə magistr hazırlanmışdır.
Gömrük işinin təşkili və gömrük ekspertizasi kafedrasının fəaliyyəti müddətində 50-dək elmi məqalə və 2 dərs vəsaiti nəşr edilmişdir.
Statistika və maliyyə kafedrası 1990-cı ildə "Statistika və mühasibat uçotu" kafedrasının bazasında yaradılmışdır. 1990 -1996-cı illərdə kafedraya i.e.n., dosent İsmayılov Həmid Bayram oğlu , 1996-2001-ci illərdə i.e.n., dosent Cavadov Natiq Əli oğlu, 2001-2009-cu illərdə f.-r.e.n., dosent Ömərov Sabir Ömər oğlu, 2009-cu ildən isə i.e.d. Hüseynov Məhərrəm Cəlal oğlu rəhbərlik edir.
İqtisadi nəzəriyyə (bazar iqtisadiyyatı və sahibkarlıq). Bakı, 1996; Riyazi statistikadan praktikum(müştərək). Gəncə, 1998;Korrelyasiya və reqressiya təhlili (müştərək). Gəncə, 1998; Statistik fərziyyələrin yoxlanılması (müştərək). Gəncə, 1999; Kəndli( fermer) təsərrüfatı və istehsal kooperativlərində maliyyə-kredit mexanizmi. (müştərək). 1997.
2009-cu ildə kafedranın dosenti M.C.Hüseynov "Bazar iqtisadiyyatına keçid şəraitində aqrar sahənin dayanıqlı inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2012- ci ildə kafedranın dosenti N.Ə.Cavadov " Müasir şəraitdə aqrar sahədə struktur dəyişikliklərinin əsas istiqamətləri" mövzusunda Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. 2011- ci ildə kafedranın müəllimi X.N. Cavadzadə “ Kənd təsərrüfatlarında kredit ittifaqlarının formalaşdırılması mexanizminin təkmilləşdirilməsi" mövzusunda, 2012- ci ildə kafedranın müəllimi A.A.Həsənov " Regionlarda investisiya mühiti və onunu yaxşılaşdırılmasının əsas istiqamətləri" mövzusunda Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcələr almışlar.
2001-2009-cu illərdə 'kafedranın dosentləri S.Ö.Ömərov və N.Ə.Cavadov tərəfındən üç dərs vəsaiti və bir dərslik nəşr etdirilmiş, kafedranın aparıcı dosentləri M.C.Hüseynov, N.Ə.Cavadov və H.H.Həsənovun rəhbərliyi ilə otuza yaxın magistrant magistr dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
2010-cu ildə M.Hüseynov, R.Əliyev, E.Əliyev “Baytarlıq işinin təşkili və iqtisadiyyatı” 2012-ci ildə prof.M.M.Sadıqov, prof.M.C.Hüseynov, prof. H.H.Həsənov tərəfindən " Kənd təsərrüfatının maliyyəsi" 2013-cü ildə dos. S. Ö.Ömərov, dos. N.Ə.Cavadov tərəfindən " Ehtimal nəzəriyyəsi və riyazi statistika ", 2013-cü ildə prof.M.M.Sadıqov tərəfindən “Maliyyə”, 2017-ci ildə M.C.Hüseynov, E.R.İbrahimov, E.A..Salahov, Y.Ə.Abbasova “ Sığorta işi” 2019-cu ildə M.C.Hüseynov, E.A.Salahov “İqtisadiyyata giriş” dərslikləri, 2013- cü ildə prof. M.C.Hüseynov , dos Y.F.Əlifov, dos. H.M.Əhmədov, b/m T.A.Bağırova tərəfindən " Dünya iqtisadiyyatının tarixi", prof. M.C.Hüseynov , dos Y.F.Əlifov tərəfindən " Mikro iqtisadiyyat", 2015-ci ildə M.C.Hüseynov E.R.İbrahimov A.R.Məmmədova “Sığorta işi”, 2017-ci ildə M.C.Hüseynov, B.Y.Novruzova R.Ə.Əsgərov “Kənd təsərrüfatı maliyyəsi” , 2020-ci ildə M.C.Hüseynov, Ş.N.Nəbiyeva, E.N.Quliyev “Bank işi” dərs vəsaitləri hazırlanaraq nəşr etdirilmişdir.
2001-ci ildə kafedranın dosent, M.C.Hüseynov Kars-Gəncə Baytarlıq Simpoziumunda, 2003-cü ildə Gəncə-Qars Baytarlıq Simpoziumunda, 2004-cü ildə AKTA-75 illiyinə həsr edilmiş Beynəlxalq Elmi simpoziumda, 2009-cu ildə isə Bakı şəhərində "Modernləşdirmə və sosial - iqtisadi inkişafın regional problemləri" mövzusunda keçirilmiş beynəlxalq elmi - praktiki konfransda məruzə ilə çıxış etmişdir. Kafedranın dos. N.Ə.Cavadov Bakı şəhərində "Azərbaycan Respublikasında iqtisadi islahatlar: ilkin nəticələr, problemlər və perspektivlər" mövzusunda keçirilmiş Beynəlxalq elmi-praktik konfransda, 2004-cü ildə АКТА -nm 75 illiyinə həsr edilmiş Beynəlxalq elmi simpoziumda və Tbilisi şəhərində keçirilmiş Qafqaz konfransında, 2009-cu ildə isə Bakı şəhərində "Modernləşmə və sosial-iqtisadi inkişafın regional problemləri" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmişdir.
Kafedranın dosenti M.C.Hüseynov xarici dövlətlərin Təhsil sistemi ilə tanışlıq məqsədilə 2004-cü ildə ABŞ-a, 2008-ci ildə isə Almaniyada ezamiyyədə olmuşdur. M.C.Hüseynov 2008-ci ildə Qazax rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında bilavasitə iştirak etmişdir. Həmçinin tədris və elmi-tədqiqat proqramları çərçivəsində 2016-2019-cu illərdə prof. M.C.Hüseynov, dos. E.N.Quliyev, b/m. N.N.Məmmədov, ass. C.F.Cəfərov Almaniyada, Polşada, Macarıstanda, Gürcüstanda, Qazaxıstanda və Türkiyədə olmuşlar.
Kafedrada bakalavr səviyyəsində: Maliyyə; Mühasibat uçotu və audit; İqtisadiyyat; Menecment (alman proqramı); Marketinq; Biznesin təşkili və idarə edilməsi; İnformasiya texnologiyaları və sistemləri; İstehlak mallarının keyfiyyət ekspertizası və marketinq; Aqranomluq ixtisas, magistr səviyyəsində isə Vergilər və vergiqoyma; Sığorta işi ixtisaslaşmalarında müvafiq fənlər tədris edilir.
Hazırda kafedrada “Sığorta işinin təşkili” və “Vergi və vergiqoyma” ixtisaslaşmaları üzrə7 nəfər magistr tələbə təhsillərini davam etdirirlər.
Kafedrada " Ümumi iqtisadiyyat " və " Sahə iqtisadiyyatı " ixtisasları üzrə 17 nəfər doktorantlar hazırlanır.
Kafedrada 2009- cu ildən " Maliyyə" dərnəyi fəaliyyət göstərir. Hər il 6 məşğələ keçirilmiş, hər məşğələdə 8-12 tələbənin çıxışları dinlənilmişdir. Dərnəyin üzvləri magistr və bakalavr səviyyəsində təhsil alan tələbələr olmaqla 98 nəfər təşkil edir. Dərnəkdə çıxış edən 1-ci kurs tələbələr Mikro və Makro iqtisadiyyat fənlərindən, yuxarı kurslarda oxuyanlar isə kafedrada tədris olunan digər fənlərdən öz maraqlarına uyğun mövzular seçərək çıxışlar edirlər.
Dərnəkdə çıxışına görə fərqlənən tələbələrin universitetdə keçirilən konfransda iştirakı tövsiyə edilmişdir.
Mühasibat uçotu və audit 1959-cu ildə kənd təsərrüfatı müəssisələrinin təşkili kafedrasının bazasında təşkil olunmuşdur. Ona D.Şıxməmmədov rəhbərlik etmişdir. Bir ildən sonra kənd təsərrüfatının iqtisadiyyatı kafedrası ilə birləşdirilmişdir.
1965-ci ildə sərbəst kənd təsərrüfatında mühasibat uçotu və statıstika kafedrası təşkil olunmuşdur. Kafedranın ilk təşkilatçısı iqtisad elmləri namizədi , dosent Rasim Fərrux oğlu Həşimov olmuş, 1965-1977-ci illərdə kafedraya rəhbərlik etmişdir.
1977-1988-ci illərdə “Statistika və mühasibat uçotu” kafedrası adlanıb, iqtisad elmləri namizədi, dosent Həmid Bayram oğlu İsmayılov rəhbərlik etmişdir.
1988-1990-cı illərdə iqtisad elmləri namizədi , dosent Zərifə Məmməd qızı Bayramova, 1990-1992-ci illərdə isə iqtisad elmləri namizədi, dosent Həsənəli Alı oğlu Əlizadə kafedra müdiri vəzifəsini əvəz etmişdir.
1992-2000-ci illərdə kafedraya dos. Bəhruz Qurban oğlu Xəlilov rəhbərlik etmişdir.
Kafedra “Mühasibat uçotu və audit” adlandı və ona 2000-2009-cu illərdə iqtisad elmləri namizədi dos. Şivaxan Vəkil oğlu Abdulov rəhbərlik etmişdir.
2009-2016-cı ilin noyabr ayına qədər dos. İsmayılov Məmməd Həbib oğlu rəhbərlik etmişdir.
2016-2024-cü il 10 iyul tarixinədək “Mühasibat uçotu və audit” kafedrasına iqtisad üzrə fəlsəfə doktoru, dos. Pərvin Elman qızı Muxtarova rəhbərlik etmişdir.
Vaxtilə Mühasibat uçotu və audit çalışan görkəmli alimlər:
Dos. Həşimov R.F. dos. Əlizadə H.A., dos. İsmayılov H.B., dos. Bayramova Z.M., dos. Xəlilov B.Q.,dos. Ş.V.Abdulov, dos. İ.A.Verdiyev, ADAU-nun dosenti Q.A.Bədəlov, dos. M.H.İsmayılov və başqaları.
Mühasibat uçotu və audit kaferdasında dərc edilmiş dərsliklər və monoqrafiyalar:
1. Ş.V.Abdulov, Y.B.Əhmədov. Kənd təsərrüfatında mühasibat (maliyyə) hesabatı. Dərslik. Gəncə 2007.
2. Ş.V.Abdulov, Y.B.Əhmədov . Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu. Dərslik. Bakı 2009.
3. Ş.V.Abdulov, Y.B.Əhmədov, İ.A.Verdiyev. Kənd təsərrüfatında mühasibat (idarəetmə) uçotu. Dərslik. Bakı 2009.
4. Y.B.Əhmədov, M.H.İsmayılov, Q.A.Bədəlov, Z.M.Hüseynov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı 2011.
5. M.H.İsmayılov, Y.B.Əhmədov, M.M.Mehdiyeva,P.E.Muxtarova – Maliyyə-iqtisadi təhlil. Bakı 2012.
6. M.H.İsmayılov, Y.B.Əhmədov, Q.A.Bədəlov, S.B.Həşimova – Mühasibat uçotu üzrə praktikum və tapşırıqlar toplusu. Bakı 2014.
7. M.H.İsmayılov, Y.B.Əhmədov, P.E.Muxtarova, C.C.Allahverdiyeva Audit- praktikum. Bakı, 2015.
8. M.H.İsmayılov, Y.B.Əhmədov, M.M.Hüseynov – Maliyyə hesabatının təhlili - praktikum. Bakı 2016.
9. M.H.İsmayılov, Y.B.Əhmədov, P.E.Muxtarova, İ.Ə.Məmmədov, N.T.Həsənova. Maliyyə hesabatının təhlili. Dərslik. Bakı 2018
10. P.E.Muxtarova, M.M.Hüseynov, R.K.Məmmədov, Y.S.Məmmədov – Audit. Dərslik. Bakı 2019
11. “Mühasibat uçotu izahlı terminlər lüğəti” 3 cildli vəsait hazırda yekunlaşma mərhələsindədir.
Beynəlxalq əlaqələr. Kafedrada beynəlxalq əlaqələri formalaşdırmaq və daha da inkişaf etdirmək məqsədlə Beynəlxalq əlaqələr bölməsi fəaliyyət göstərir. Belə ki, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri prof. M.Hüseynov Almaniyamn Greisvald unversiteti, Gürcüstanın və Azərbacanın aqrar universitetlərinin " Dağlıq və dağ ətəyi ərazilərdə icmaların sosial iqtisadi inkişafı " mövzusunda layihənin hazırlanmasmda iştirak edib. Layihə Almaniyanm Fosfagen fondu tərəfindən qəbul olunmuşdur. Kafedra müdiri prof. M.Hüseynov Türkiyənin MUMEYUK vakfının üzvü olmaqla keçirilən tədbirlərdə aktiv iştirak edir.


KAFEDRA MÜDİRİ
Hüseynov Məhərrəm Cəlal oğlu
HAQQINDA MƏLUMAT (CV)
HAQQINDA MƏLUMAT (CV)
KAFEDRANIN HEYƏTİ
Zeynallı Elay
Dosent
HAQQINDA MƏLUMAT (CV)
Dosent
HAQQINDA MƏLUMAT (CV)