Vergilər Nazirliyinin nümayəndələri ADAU-da olub

Vergilər Nazirliyinin nümayəndələri ADAU-da  olub Azərbaycan Dövlət Aqrar Universitetin Aqrar İqtisadiyyat və idarəetmə fakültələrində qonaq olan Vergilər Nazirliyinin Tədris Mərkəzi rəisinin birinci müavini, vergi xidməti müşaviri Ceyhun Mehdiyev, Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi 1-ci dərəcəli müfəttiş Orxan Balayev və İnsan Resursları departamenti heyəti Nərgiz Muradova, Altay Rəhimov və digərləri III və IV kurs tələbələri ilə görüş keçirib.

Görüş zamanı “Maliyyə və İqtisadi nəzəriyyə” kafedrasının müdiri professor Məhərrəm Hüseynov təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda universitetimizdə tələbələr ixtisasları üzrə tam kurs keçirlər. Tələbələrlə görüş zamanı nümayəndə heyəti tərəfindən Vergilər Nazirliyi və Nazirliyin ərazidəki departamentləri, həmçinin orqanın strukturları haqqında tam məlumat verilib. Bununla yanaşı, tələbələrə ixtisaslarına uyğun olaraq, orqanda yaranan iş vakansiyaları və işə qəbulla bağlı DİM tərəfindən keçirilən test imtahanı və müsahibə mərhələləri haqqında ətraflı məlumatlar verilib. Nazirlikdə gənc və potensiallı kadrlara üstünlük verildiyini vurğulayıblar. Tədbir çərçivəsində Vergilər Nazirliyinin Şamaxı və Bakı şəhərlərində yerləşən Tədris mərkəzlərində mütəmadi olaraq keçirilən yay və qış məktəblərində iştirakçılar üçün nəzərdə tutulan şəraitlə də bağlı məlumat verilib. Tədbirdə tələbələrin sualları nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Tədbirdən sonra nümayəndələr ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə Universitetdə yaranan, tələbə və müəllimlərin istifadəsinə verilən, kitab və kompyuterlərlə təchiz olunan “Sərbəst Kompyuter otağı”nda olublar. Qonaqlar tələbə və müəllim heyəti üçün yaradılan şəraitdən razı qalıblar.