Milli Qurtuluş Günü münasibətilə ADAU-da tədbirlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya, Aqrar İqtisadiyyat və Mühəndislik fakültələrində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Torpaqşünaslıq və aqrokimya fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən fakültə dekanı Xaliq Xəlilov Azərbaycan dövlətinin mövcudluğunda Milli Qurtuluş Gününün rolundan danışıb, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Məruzəçilər Ulu Öndərin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdiyini və xalqımızın bu xətti birmənalı olaraq dəstəklədiyini bildirib.

Aqrar İqtisadiyyat fakültəsində keçirilən tədbirdə Tədris işləri üzrə prorektor Əhməd Məlikov çıxış edərək bu cür tədbirlərin Azərbaycanın keçmişini, bu gününü və gələcəyini araşdırmaq, elmi müzakirələr və yeni fikir mübadiləsi aparmaq üçün mühüm platforma olduğunu bildirib, bu günün hər bir Azərbaycan vətəndaşının qəlbində xüsusi bir yer tutduğunu qeyd edib.

Çıxış edən digər iştirakçılar əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyiblər.

Mühəndislik fakültəsində keçirilən tədbirdə Milli Qurtuluş Günü ideologiyasının müstəqil respublikamızın davamlı inkişafında rolu haqqında çıxışlar edilib.

Sonda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

Milli Qurtuluş Günü münasibətilə ADAU-da tədbirlər keçirilibMilli Qurtuluş Günü münasibətilə ADAU-da tədbirlər keçirilibMilli Qurtuluş Günü münasibətilə ADAU-da tədbirlər keçirilibMilli Qurtuluş Günü münasibətilə ADAU-da tədbirlər keçirilib