Milli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində 17 Noyabr - Milli Dirçəliş Gününün 36-cı ildönümünə həsr olunan “Milli Dirçəliş Günü - Müstəqilliyə aparan yolun başlanğıcıdır” adlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Aqrar İqtisadiyyat fakültəsinin dekanı Asəf Qasımov bildirib ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Günü ölkəmizin müstəqilliyinin bərpa olunmasında önəmli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcını qoyub.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, çıxışında Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoymasından, Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs edib.

Aqrar İqtisadiyyat fakültəsinin professor-müəllim heyətindən İlyas Məmmədov, Anar Hətəmov, Sevda Abdullayeva və Səbinə Əlizadənin çıxışlarında vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Artıq 17 Noyabr - Milli Dirçəliş Günü ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük qürur və iftixar hissi ilə qeyd olunur.


Milli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilibMilli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilibMilli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilibMilli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilib
Milli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilib
Milli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilib
Milli Dirçəliş Günü - "Müstəqilliyə aparan yolun başlanğıcıdır" adlı tədbir keçirilib