Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Maliyyə və mühasibat uçotu kafedrasının professor-müəllim heyəti tərəfindən tərtib olunan kitabların təqdimatı keçirilib.
Təqdimatda çıxış edən Universitetin rektoru Zəfər Qurbanov təqdim olunan İzahlı İqtisadi Terminlər Lüğəti, Pul və Banklar və Makroiqtisadiyyat vəsaitlərini yüksək qiymətləndirərək müəlliflərə təşəkkür edib.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Məhərrəm Hüseynov iqtisadi yönümlü nəşrlərin əhəmiyyətini, dərs vəsaitlərinin praktiki tətbiqə yönəldilməsinin vacibliyini və nəşr olunan materialların tədris standartlarına uyğunluğunu diqqətə çatdırıb.
İzahlı İqtisadi Terminlər Lüğətinin müəlliflərindən Sait Engindeniz bu cür vəsaitlərin tələbələr üçün dəyərli xəzinə olduğunu qeyd edərək, onların bütün iqtisadi yönümlü ixtisaslar üçün, eləcə də hər bir insanın stolüstü kitabı olmalı olduğunu bildirib.
Sonda digər müəlliflər çıxış edərək kitablar haqqında fikirlərini söylüyüblər.