Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev müstəqil və suveren Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.
Tədris işləri üzrə prorektor Əhməd Məlikov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bəşər tarixində bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi çox nadir hadisələrdəndir. Yer üzündə bu əlçatmaz zirvəyə yüksələn belə dahi şəxsiyyətlərdən biri məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılıb.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov “Heydər Əliyev ideyaları üzərində inkişaf edən güclü Azərbaycan” və kafedranın dosenti Samirə Qasımova “Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin şərəfli ömür yolu” mövzusunda məruzələr ediblər. Məruzələrdə diqqətə çatdırıblar ki, bu gün Ulu Öndərin ideyaları, siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndərin müəyyən etdiyi xətti, dahi şəxsiyyətin uzaqgörənliyini cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızın 30 illik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Haqq savaşımız böyük Qələbə ilə başa çatdı.
Sonra II kurs tələbəsi Ruslan Novruzəliyev “Sən elə bir zirvəsən” şeirini, I kurs tələbəsi Fatimə Cəfərova “Ulu bir sərkərdə, Ulu bir öndər” şerini səsləndiriblər.
Həmçinin, tədbirdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar hazırlanan videoçarx da nümayiş olunub.