Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “44 günlük Vətən müharibəsi - suverenliyimizin və ərazi bütövlüyümüzün təntənəsidir” mövzusunda fakültələrarası bilik yarışı keçirilib.
Yarışdan əvvəl Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin yaşadılması və gənclər arasında təbliği, 44 günlük Vətən müharibəsi və şanlı Qələbə tariximizin öyrənilməsi ilə yanaşı, gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı və maarifləndirici yarışlara olan maraqlarının artırılması məqsədi daşıyır.
İki mərhələdən ibarət olan yarışda komandalar müəyyən olunan vaxt ərzində verilən sualları cavablandırıb. İştirakçılara Azərbaycanın Konstitusiyasının qəbul edilməsi, ölkəmizin hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması, Vətən müharibəsində qazanılan Zəfər, qəhrəman şəhidlərimiz, habelə müxtəlif mövzularda suallar ünvanlanıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçən intellektual yarışda Aqronomluq fakültəsinin “Dəmir yumruq” komandası I yerə, Gəncə Dövlət Aqrar Kollecin “Zəfərə doğru” komandası II yerə, Aqrar İqtisadiyyat fakültəsinin “Zəfər” komandası III yerə layiq görülüblər.
Sonda iştirakçılara sertifikat və mükafatlar təqdim olunub.