“Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar iqtisadiyyat” fakültəsinə məxsus auditoriyada Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Aqrobiznes Assosiasiyasının təşkilati dəstəyi ilə “ İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə çərçivəsində “Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda növbəti təlim keçirilmişdir.

Enter.News-a daxil olan xəbərə görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəfər Cəfərov öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün bir daha minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Qeyd edib ki, əvvəlki təlim sessiyası kimi bugünkü təlim də məhz Gənclər gününə həsr olunub.

Daha sonra çıxış edən Aqrar iqtisadiyyat fakültəsinin dekanı dosent Asəf Qasımov layihə iştirakçılarını salamlayaraq təlimin gedişatında uğurlar arzu edib. Çıxışlardan sonra isə təlimçi Fərrux Rəhimovun təqdimatında müvafiq mövzuda ikinci təlim keçirilib. Təlimin mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlimdə ümumilikdə 48 nəfər iştirak edib və təlim zamanı iştirakçılar onları maraqlandıran bir sıra sulları təlimçiyə ünvanlandıraraq bu istiqamətdə dünya görüşlərini və biliklərini artırmışlar. İlkin təlimdə yaradılmış “EKO KLUB”un üzvlük siyahısı daha da genişləndirilərək ümumilikdə 19 nəfərə çatdırılıb.

“Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda təlim keçirilib“Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda təlim keçirilib“Ətraf mühitlə davranış və ekoloji problemlərin həllində antropogen təsir” mövzusunda təlim keçirilib