Azərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürüb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) iyun ayının 1-dən təhsilin hər iki səviyyəsində əyani təhsil forması üzrə ixtisaslarda 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası başlanıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 425 qrup üzrə test, 193 qrup üzrə yazılı və 367 qrup üzrə şifahi formada təşkil ediləcək.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. Rektor bildirib ki, imtahan sessiyası ərzində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər zəruri tədbirləri həyata keçirmək üçün müvafiq qərargah da yaradılıb.

Qeyd edək ki, imtahanlara üzrlü səbəbdən gəlməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyul 7-dən 12-dək bir dəfə şərait yaradılacaqdır. Tələbələr imtahanda iştirak edə bilməmə səbəblərini əks etdirən sənədləri (həkimdən arayış, idman və bilik yarışlarında iştirakı təsdiq edən sənəd və s.) dekanlığa təqdim etməlidirlər.

Azərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürübAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürübAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürübAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürübAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürübAzərbaycan Dövlət Aqrar Universitetində 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası start götürüb