Aqrar Universitetdə YAP sıraları daha da genişlənir

YAP Gəncə şəhər təşkilatı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat və Aqrobiznes və İdarəetmə fakültələrində Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına yeni üzv olan gənclərlə görüş keçirib.

YAP Gəncə şəhər təşkilatı aparat rəhbəri Orxan Əhmədov tədbiri iştirakçılarını YAP-ın yaranmasının 29-cu, Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbrik edib, 44 günlük müharibədən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, partiyanın keçdiyi şərəfli yoldan danışıb.

Bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov qeyd edib ki, YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır.

Tələbələr çıxışlarında Yeni Azərbaycan Partiyasının üzvü olduqları üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.

Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib.

Aqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənir
Aqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənirAqrar Universitetdə YAP sıraları daha da genişlənir