25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 nömrəli sərnişin reysinin icrası zamanı baş vermiş faciənin ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində tələbə və müəllimlərin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında faciənin ildönümünün dərin hüznlə qeyd olunduğunu bildirərək, həlak olanların xatirəsinin daim ehtiramla yad ediləcəyini və bu acı hadisənin heç vaxt unudulmayacağını vurğulayıb.
İctimai fənlər kafedrasının əməkdaşları Əbdürəhman Kazımov, Samirə Qasımova, Sevda Abdullayeva və Çinarə Səfərova çıxışlarında Prezident İlham Əliyev üçün insan həyatının ən ali dəyər olduğunu vurğulayıblar. Qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərməyə başlayıb. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülüb. Təyyarə qəzasında həyatını itirənlərin ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu, onlara lazımi sosial və mənəvi dəstəyin göstərildiyi qeyd edilib.
Xidməti vəzifələrini yerinə yetirərkən yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə həlak olmuş ekipaj üzvlərinə – Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan ekipaj üzvləri – Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə I dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmaları faciə qurbanlarına göstərilən dərin ehtiramın nümunəsi olduğu qeyd edilib.