Şanlı ordumuz qürur mənbəyimizdir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümünə həsr olunmuş “Şanlı ordumuz qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, müasir Azərbaycan Ordusunun formalaşmasının və gücləndirilməsinin möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və peşəkar ordularından birinə çevrilib.

İctimai fənlər kafedrasının əməkdaşları dosent Əbdürəhman Kazımov “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu”, dosent Samirə Qasımova “Azərbaycan Ordusu - Azərbaycan Xalq Cümhuriyyətindən Qarabağ Zəfərinədək şərəfli yol”, baş müəllim Saida Salmanova “Ordu günü-milli qürur və şərəf günümüzdür” və baş müəllim Günay Quliyeva “Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsi - 44 günlük Vətən müharibəsi” mövzusunda məruzələrlə çıxışlar ediblər.

Məruzələrdə qeyd olunub ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılıb.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşıb. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmış, Azərbaycan xalqının şanlı tarixində xüsusi yer tutan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Ordumuzun yüksək döyüş hazırlığı və xalqımızın sarsılmaz birliyi sayəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Çıxışlarda şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və hərbçilərimizin fədakarlığı böyük ehtiramla yad edilib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.


Şanlı ordumuz qürur mənbəyimizdirŞanlı ordumuz qürur mənbəyimizdirŞanlı ordumuz qürur mənbəyimizdirŞanlı ordumuz qürur mənbəyimizdir
Şanlı ordumuz qürur mənbəyimizdir
Şanlı ordumuz qürur mənbəyimizdir
Şanlı ordumuz qürur mənbəyimizdir
Şanlı ordumuz qürur mənbəyimizdir