“ADAU-nun Elmi Əsərləri” jurnalının 2-ci sayı dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “ADAU-nun Elmi Əsərləri” jurnalının 2022-ci il üçün nəzərdə tutulan 2-ci sayı dərc olunub.

Bu gün elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması prosesinin sürətləndirilməsi zəruri hal alması nəzərə alınaraq “ADAU-nun Elmi Əsərləri” jurnalı üçün müasir standartlara cavab verən elektron sayt yaradılıb və ümumilikdə jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 36 bənddən ibarət olan “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”inə uyğun dizayn olunub.

Jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur və “crossref” bazasına daxil edilir.

“ADAU-nun Elmi Əsərləri” jurnalının 2 saylı buraxılışı ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.

http://journal.adau.edu.az/

http://journal.adau.edu.az/journals/2022-2.pdf

“ADAU-nun Elmi Əsərləri” jurnalının 2-ci sayı dərc olunub