ADAU doktorantının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maliyyə və mühasibat uçotu kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Qalib Qafarlının həmmüəllifi olduğu “GDP per capita, unemployment, and per capita caloric intake in the United States: Long-Run and short-run evidence from an ARDL model, 1961–2018” adlı məqalə “Social Sciences & Humanities Open” jurnalında nəşr olunub.

Məqalənin dərc olunduğu “Social Sciences & Humanities Open” jurnalı Scopus (CiteScore - 3.6) Scopus elmmetrik bazasında Q1 kvartilində indeksləşir.

Araşdırmada ABŞ-da adambaşına düşən ÜDM, işsizlik səviyyəsi və adambaşına düşən kalorili qida təminatı arasındakı uzunmüddətli və qısamüddətli əlaqələr ekonometrik üsullarla təhlil olunub. Tədqiqatda ARDL modeli, xəta düzəlişi mexanizmi və digər testlər struktur qırılmalar nəzərə alınmaqla istifadə edilib. Nəticələr göstərib ki, adambaşına düşən nominal ÜDM-in 1 faiz artması uzunmüddətli dövrdə kalorili qida təminatının təxminən 0,096 faiz yüksəlməsi ilə əlaqəlidir. İşsizlik səviyyəsinin 1 faiz-bənd artması isə kalorili qida təminatının təxminən 0,93 faiz azalması ilə müşayiət olunur.

Tədqiqatda eyni zamanda vurğulanır ki, kalorinin artması hər zaman daha sağlam qidalanma demək deyil. Müəlliflər iqtisadi tənəzzül dövrlərində ərzağa çıxışın qorunmasının, iqtisadi yüksəliş mərhələlərində isə qidanın miqdarı ilə yanaşı keyfiyyətinə də xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edirlər.


Məqalənin tam mətni ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.sciencedirect.com/science/article/pii/S2590291126011733

DOI: 10.1016/j.ssaho.2026.103606


ADAU doktorantının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub