Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “18 İyun - İnsan hüquqları günü”nə həsr olunan tədbir keçirilib. Tədbirdə əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov tədbirdə çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Cənab Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.
İctimai fənlər kafedrasının əməkdaşları dosent Əbdürəhman Kazımov, dosent Sevda Abdullayeva, baş müəllim Mahir Məmmədov və baş müəllim Elvira Əhmədova mövzu ilə bağlı çıxışlarında qeyd etdilər ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində atılmış addımlar, həyata keçirilən hüquqi islahatlar və beynəlxalq hüququn normalarına uyğunlaşdırılmış mexanizmlər bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. 18 İyun – İnsan Hüquqları Günü bu sahədə atılmış mühüm addımların, hüquqi inkişafın və demokratik cəmiyyət quruculuğunun təntənəsi kimi qeyd olunur. Dövlət siyasətində insan hüquqlarının qorunmasının ali dəyər olaraq qaldığı və bu istiqamətdə islahatların davam etdirilməsinin Azərbaycanın hüquqi və demokratik inkişafının zəruri tərkib hissəsi olduğu natiqlər tərəfindən xüsusi vurğulanıb.