Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kitabxana və İnformasiya Mərkəzi ilə İctimai fənlər kafedrasının birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunan elmi-nəzəri konfrans keçirilib.
Konfransda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Əhməd Məlikov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mürəkkəb və taleyüklü bir dövründə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq ölkədə sabitliyinin və dövlətçiliyinin bərpasına nail olduğunu bildirib.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, dosentlər Sevda Abdullayeva və Zümrüd Qəhrəmanova, baş müəllim Şəfa Musayeva çıxış edərək 1993-cü ilin iyun hadisələrinin ölkənin taleyində oynadığı mühüm roldan danışıblar.
Tədbirdə İqtisadiyyat fakültəsinin I kurs tələbələri Hüseyn Cavadov və Leyla Tağıyeva çıxış edərək gənclərdə vətənpərvərlik ideyalarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs ediblər.
Sonda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş etdirilib.