Türkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində Türkiyənin Ege Universitetinin professoru Canan Abay bir qrup gənc müəllimlə görüş keçirib.

Görüşün məqsədi Canan Abayın elmi və praktiki biliklərini gənc müəllimlərlə bölüşülməsi, həmçinin xarici araşdırmalar və elmi-tədqiqatlar barəsində qarşılıqlı fikir mübadiləsi aparmaq olub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdıraraq, iştirakçılara uğurlar arzu edib. Rektor bildirib ki, ikili diplom proqramı çərçivəsində ADAU-da olan Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüşlər davamlı şəkildə olacaq.

Professor Canan Abay aqrar iqtisadiyyat sahəsində olan elmi və praktiki bilikləri barədə gənc müəllimləri məlumatlandırıb.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Türkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşübTürkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşübTürkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşübTürkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşübTürkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşübTürkiyəli professor ADAU-da gənc müəllimlərlə görüşüb