ADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında İctimai fənlər kafedrasının əməkdaşları tərəfindən hazırlanan dərs vəsaitləri və metodiki göstərişlərin təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdim olunan “Azərbaycan tarixi fənnindən mühazirələrin qısa icmalı” dərs vəsaiti, "Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları fənnindən mühazirələrin qısa icmalı” dərs vəsaiti, “Fəlsəfə fənnindən mühazirələrin qısa icmalı” metodik göstəriş, “HTML”, “Multikulturalizmə giriş fənnindən mühazirələrin qısa icmalı” metodiki göstəriş, “Qarabağ xanlığının ictimai-iqtisadi vəziyyəti və mədəni həyatı, Qarabağ xanlığının siyasi tarixi” metodiki göstəriş və “Azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakları" adlı metodik göstərişləri professor-müəllim heyəti, həm də tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

Təqdimatda çıxış edən Universitetin rektoru Zəfər Qurbanov təqdim olunan dərs vəsaitlərinin və metodiki göstərişlərin xüsusilə tarix sahəsində qiymətli mənbələr olduğunu bildirərək, müəllifləri təbrik edib.

Digər çıxış edənlər təqdim olunan kitabların mahiyyətindən bəhs edib, nəzəri biliklərə daha da dərindən yiyələnmək istəyənlər üçün yaxşı vəsaitlər olduğunu diqqətə çatdırıblar.

ADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olubADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olub