Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı keçirilib.
Tədbirin əsas məqsədi tələbələr arasında hüquqi biliklərin artırılması, Konstitusiyanın mahiyyəti, dövlət suverenliyi və milli dəyərlər haqqında məlumatlılığın gücləndirilməsi, eyni zamanda tələbələrdə komanda ruhunun inkişaf etdirilməsi olub.
Yarışda müxtəlif ixtisaslardan olan tələbə komandaları iştirak edib. Suallar Azərbaycan Respublikasının Konstitusiyasını, hüquqi dövlət quruculuğu prinsiplərini və suverenlik anlayışını əhatə edib. Komandalar arasında gərgin və bilik əsaslı mübarizə şəraitində qalib komandalar müəyyən edilib və təşkilatçılar tərəfindən mükafatlandırılıb.