ADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi yad olunub.

Giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən, 1918-ci il mart-aprel aylarında ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edib. Rektor bildirib ki, yalnız ulu öndər Heydər Əliyev tərəfindən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, eləcə də dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində dünya baş verən hadisələrə düzgün qiymət verməyə başladı. Təbii ki, bu proseslərdə Heydər Əliyev yolunun davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasətini xüsusi qeyd etmək lazımdır. Bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev bu həqiqətləri dünya ictimaiyyətinə qətiyyətlə çatdırır.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov deyib ki, mart hadisələri zamanı ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Kütləvi qırğınlar təkcə Bakıda deyil, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də həyata keçirilib.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi Samirə Qasımova, müəllim Səbinə Əlizadə tələbələrdən Dəniz Hüseynli, Yadigar İbrahimov və Türkan Vəlizadə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü və dövlətimizin soyqırım həqiqətlərinin dünyaya çatdırılması barədə gördüyü işlərdən danışıblar.

ADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutubADAU-da “31 Mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir baş tutub