ADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoyub. Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan ordusu tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. Məhz yüksək ordu quruculuğunun nəticəsində qalib ordunun taktikası bu gun dünya ölkələrinin hərb tarixinin araşdırılma bucağına çevirilib.

Vətən müharibəsi dövründə ictimaiyyəti öz şərhləri ilə məlumatlandıran, polkovnik Şair Ramaldanov tədbirdə Silahlı Qüvvələrimizin gücündən, düzgün taktikasından, eyni zamanda hərbi arsenalda olan müasir texnikalar haqqında məlumat verib.

Çıxış edən ADAU-nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri professor Azad Bayramov isə öz çıxışında bu günlərdə Prezident İllham Əliyev tərəfindən qalib ordunun nümayəndələrinin orden və medallarla təltif edilməsini dövlətin və Ali Baş Komandanın Silahlı Qüvvələrə daim diqqət və qayğısının nümunəsi olduğunu vurğuladı.

Sonra tədbirdə ADAU-nun Daxili nəzarət şöbəsinin müdiri, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda medalla təltif edilmiş Namiq Cəfərov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi, Vətən müharibəsi iştirakçısı Fariz Süleymanov, İkinci Vətən müharibəsində 4 medalla təltif olunmuş ADAU-nun əməkdaşı Asif Hacızadə keçdikləri döyüş yolu haqqında geniş məruzə ilə çıxış ediblər.

Tələbələrdən aqrar iqtisadiyyat ixtisası üzrə təhsil alan İlkin Əliyev, Dəniz Hüseynli və Heydərova Aydan çıxış edərək Silahlı Qüvvələr Günü ilə bağlı fikirlərini bölüşübər.

ADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib