ADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan “Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir” adlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Zəfərin gənclərimizin vətənpərvərliyinin sübutu olduğunu diqqətə çatdıran rektor, ölkəmizdə xalq-ordu-rəhbər birliyinin dünya üçün nümunə olduğunu söyləyib. O, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının, ümumilikdə isə böyük Zəfərimizin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə işində mühüm rol oynadığını bildirib.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov bu əlamətdar günün tarixindən və Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Musayeva və Baytarlıq təbabəti fakültəsinin I kurs tələbəsi Şəhriyar Mehdizadə çıxışlar edərək Silahlı Qüvvələrimizin gücündən, düzgün taktikasından, eyni zamanda hərbi arsenalda olan müasir texnikaları haqqında danışıblar.



ADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilibADAU-da 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib