“Aqrobiznes, menecment və marketinq” kafedrası 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun aqronomluq şöbəsinin bazasında “Sosialist kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili” adı ilə yaradılmış, kafedraya professor M.Avdeyenko rəhbərlik etmişdir.
1931-ci ildə Kənd Təsərrüfatı İnstitutu Gəncəyə köçürülmüşdür. Həmin vaxtlar bu İnstitutun direktoru olmuş professor İslam Datiyev, 1937-1974-cü illərdə kənd təsərrüfatı elmləri namizədi, dosent, respublikanın əməkdar iqtisadçısı Məmməd Əfəndiyev rəhbərlik etmişlər. Bu dövrdə kafedrada elmi dərəcəli müəllimlərə ciddi ehtiyac olduğuna görə M.Əfəndiyevin elmi rəhbərliyi ilə çoxsaylı gənc müəllimlər elmi-tədqiqat işinə cəlb edilmiş, aspiranturada və dissertanturada təhsil almış, elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşlər.
1939-cu ildə Moskvada iqtisad elmləri namizədi dərəcəsi almiş, sonralar İnstitutun direktoru, professor, sovxozlar naziri, Azərbaycan KP Mərkəzi Komitəsinin kənd təsərrüfatı üzrə katibi olmuş, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Soltan Mirzəyev kafedraya qayıdaraq burada pedaqoq kimi çalışmışdır.
1941-1945-ci il müharibəsi başlayanda kafedrada müəyyən dəyişikliklər baş vermişdir. Burada çalışan Mövsüm Poladov (o illərdə institutun direktoru), direktor müavini Qafar Rəhimzadə, Zahid Rzayev və bir neçə müəllim könüllü müharibəyə getmişlər. M.Poladov müharibədən sonra professor elmi adı almış, Kənd Təsərrüfatı naziri və bu institutun yenidən direktoru vəzifələrində çalışmışdır.
Zaman ötdükcə kafedra daha da inkişaf etmiş, tədris olunan fənlərin sayı artmış və burada zəruri pedaqoji kollektiv yaranmışdır. Sonrakı illərdə dərs yükü və tələbə kontingentinin artması ilə əlaqədar bu kafedranın bazasında yeni “Sosialist kənd təsərrüfatının iqtisadiyyatı” və “Kənd təsərrüfatında mühasibat uçotu və statistika” kafedraları yaranır.
Kafedraya 1974-1982-ci illərdə dosentlər Məhərrəm Hacıyev, 1982-1992-ci illərdə İspəndiyar İsgəndərov, 1992-2003-cü illərdə İbrahim Rzayev, 2003-2009-ci illərdə Tofiq Bağırov, 2009-2011-ci illərdə Zakir Əhmədov, 2012-2015-ci illərdə Afəddin Həmidov, 2015-2020-ci illərdə Ehtibar İmamverdiyev rəhbərlik etmişlər.
Hazırda kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Vahid Tofiq oğlu Əmrahov rəhbərlik edir.
Kafedra əməkdaşları “Dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafında biznes mühitinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinin optimallaşdırılması və aqrobiznes subyektlərinin idarəedilməsinin təkmilləşdirilməsi problemləri” mövzularında elmi-tədqiqat işini yerinə yetirirlər. Bakalavriat səviyyəsində “Biznesin idarə edilməsi”, “Menecment (alman proqramı), “Marketinq” magistratura səviyyəsində “Biznesin təşkili və idarə edilməsi”, “MBA Biznesin təşkili və idarə edilməsi”, “Marketinq”, “Menecment (alman proqramı), doktorantura səviyyəsində isə 53.12.01- “Sahə iqtisadiyyatı” ixtisasları üzrə kadr hazırlığı aparılır.
2019-cu ildən kafedra “Aqrobiznes və menecment” adı ilə fəaliyyət göstərmişdir.
“Marketinq” kafedrasının əsası 1968-ci ildə qoyulmuş, “ali riyaziyyat, mühasibat uçotu və statistika” kafedrasının bazasında “iqtisadi kibernetika” adı ilə fəaliyyətə başlamış, ilk müdiri baş müəllim, elmlər namizədi Z.Xəlilov olmuşdur.
1977-ci ildə “kənd təsərrüfatı istehsalının idarə edilməsi” və “sovet hüququ” fənləri bu kafedraya verilir və kafedra “kənd təsərrüfat istehsalının idarə edilməsi və iqtisadi-riyazi üsullar” kafedrası adlandırılır.
1978-ci ildə dosent Mobil Abdinov həmin kafedraya müdir təyin edilir. Kafedra 1983-ci ildə “Kənd təsərrüfatı istehsalının idarə edilməsi və Sovet hüququnun əsasları” kafedrası kimi adlandırılır. Kafedra 1988-ci ildə “Kənd təsərrüfatının idarə edilməsi və iqtisadi-riyazi üsullar və hesablama texnikası” kafedrası, 1990-cı ildə “Aqrar sənaye kompleksinin idarə edilməsi”, həmin ilin iyun ayında “İdarəetmə və hüquq” kafedrası adlandırılmışdır.
Sonralar tədris edilən fənlərin çoxluğunu nəzərə alaraq bu kafedranın bazasında iki yeni kafedra - “Kənd təsərrüfatı istehsalının idarə edilməsi və sovet hüququ” və “İqtisadi-riyazi üsullar və kənd təsərrüfatında hesablama texnikası” kafedraları təşkil edilir. Yaradılan kafedralardan birinə (“Kənd təsərrüfatı istehsalının idarə edilməsi və sovet hüququ”) dosent Mobil Abdinov, digərinə (“İqtisadi-riyazi üsullar və kənd təsərrüfatında hesablama texnikası”) isə professor İbrahim Tağıyev rəhbərlik etmişlər. 1991-ci ildən bu kafedrada “Marketinq” fənni tədris olunmağa başlayır.
1990-1991-ci illərdə kafedraya professor İsa Əhmədov, 1991-1993-cü illərdə dosent Mübariz İsgəndərov rəhbərlik etmişlər. 1993-2000-ci illərdə İsa Əhmədov yenidən kafedraya rəhbərlik etmiş, o, həmçinin elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır.
İ.Əhmədov Dövlət Aqrar İslahat Komissiyasının üzvü kimi onlarla qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmiş, aqrar iqtisadiyyat elminin inkişafına töhvələr vermişdir. O, 200-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaitinin müəllifi olmuş, elmi rəhbərliyi və məsləhəti ilə 44 nəfər namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir.
Sonralar kafedraya, 2000-2006-cı illərdə dosentlər Mübariz İsgəndərov, 2006-2008-ci illərdə Vaqif Ramazanov, 2008-2009-cu illərdə Məhərrəm Cəlilov, 2009-2011-ci illərdə Laura Hüseynova, 2011-2015-ci illərdə Vahid Əmrahov, 2015-2019-cu illərdə Asif Həsənov , 2020-2024-cü illərdə dosent Vəfa Məmmədova rəhbərlik etmişlər.
2024-cü ildən “Aqrobiznes və menecment” kafedrası “Marketinq” kafedrası ilə birləşdirilərək “Aqrobiznes, menecment və marketinq” adı ilə fəaliyyət göstərir.
“Aqrobiznes, menecment və marketinq” kafedrasının professor-müəllim heyəti 38 nəfərdən, o cümlədən 10 dosent, 17 baş müəllim, 11 assistentdən ibarətdir. Kafedrada 12 nəfər laborant - texniki heyət çalışır.
KAFEDRA MÜDİRİ:
KAFEDRANIN HEYƏTİ

Əmrahov Vahid Tofiq oğlu
HAQQINDA MƏLUMAT (CV)
HAQQINDA MƏLUMAT (CV)
KAFEDRANIN HEYƏTİ
Məmmədova Vəfa Qənbər qızı
Dosent
Dosent
Ramazanov Vaqif Məcid oğlu
Dosent
Dosent
Qasımova Aidə Zakir qızı
Dosent
Dosent
Nərimanov Nicad Adil oğlu
Dos.(e.a.o.)
Dos.(e.a.o.)
Mehdiyev Fərid Siyavuş oğlu
Dosent (e.a.o.)
Dosent (e.a.o.)
İsgəndərov Mübariz Qərib oğlu
Dosent
Dosent
Qəhrəmanov Əlif Niyazalı oğlu
Baş müəllim
Baş müəllim
Həsənova Sara İnayət qızı
Baş müəllim
Baş müəllim
Abbasova Brilyant İdris qızı
Baş müəllim
Baş müəllim
Quliyeva Gülnara Fəxrəddin qızı
Baş müəllim
Baş müəllim
Həsənova Mehriban Cabir qızı
Baş müəllim
Baş müəllim
İsmayılova Gülnara Zeylim qızı
Baş müəllim
Baş müəllim
Rzayeva Ülviyyə İbrahim qızı
Baş müəllim
Baş müəllim
Hüseynov Anar Arif oğlu
Baş müəllim
Baş müəllim
İmamverdiyeva Natiqə Tofiq qızı
Baş müəllim
Baş müəllim
Həsənova Arifə Arif qızı
Baş müəllim
Baş müəllim
Hacıyeva Səbinə İsmayıl qızı
Baş müəllim
Baş müəllim
Bağırova Aytəkin Məhərrəm qızı
Baş müəllim
Baş müəllim
Xan-Xoyskaya İnqa Vladimirovna
Baş müəllim
Baş müəllim
Həsənov Anar Fizuli oğlu
Baş müəllim
Baş müəllim
Həsənova Xanım Etibar qızı
Baş müəllim
Baş müəllim
Mahmudov Elmir Heydər oğlu
Baş müəllim
Baş müəllim
Şirinzadə Fatimə Qərib qızı
Baş müəllim
Baş müəllim
Hüseynov Müşfiq İsmayıl oğlu
Assistent
Assistent
Əliyev Sabit Şakir oğlu
Assistent
Assistent
Müseyibli Emin Bakir oğlu
Assistent
Assistent
Vəlizadə Həcər Şöhrəddin qızı
Assistent
Assistent
Nadirxanova Dilşad Ədalət qızı
Assistent
Assistent
Camalov Tural Məhəmməd oğlu
Assistent
Assistent
Abbasova Sona Camal qızı
Assistent
Assistent
Müşkiyev Zaur Arif oğlu
Assistent
Assistent
Mustafayeva Gülnara Şıxı qızı
Assistent
Assistent
Cəfərova Günay Aydın qızı
Assistent
Assistent
Mirzəzadə Nərmin Qabil qızı
Assistent
Assistent