Magistr pilləsində təhsil alan tələbələrin nəzərinə!

Magistr pilləsində təhsil alan tələbələrin nəzərinə!Polşanın Varşava Təbiət Elmləri Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil almaq üçün müraciətlər başlayıb.

Erasmus+ mübadilə proqramı, Erasmus+ tərəfdaş qurumları arasında tələbə, akademik və inzibati heyət mübadiləsini təmin edir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.

Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Proqrama Azərbaycan Dövlət Aqrar Universitetinin hazırda magistr dərəcəsi üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

Müraciət üçün şərtlər:
Magistr 1-ci kurs tələbəsi olmalı
B1 səviyyəsində ingilis dili biliyi olmalı


Prioritet ixtisaslar:
Aqronomluq
Baytarlıq
İqtisadiyyat


Maliyyə dəstəyi:
Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin yol və yaşayış xərcləri qarşılanır.
Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.


Mübadilə proqramına müraciət üçün əlaqə:
Tel: +994 50 763 73 86
E-mail: narminshafiyeva88@gmail.com
Son müraciət tarixi: 18 noyabr, 2020