Ege Universitetinin əməkdaşı Aqrar İqtisadiyyat fakültəsində seminar söyləyəcək

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar 13 May 2022-ci il tarixində saat 11:00-da ADAU-nun İqtisadiyyat tədris binasında 121-ci otaqda Ege Universitetinin əməkdaşı Dos. Dr. Özlem Karahan Uysal tərəfindən “Türkiyənin Kənd Təsərrüfatı sığorta sistemində davamlılıq araşdırmaları” mövzusunda təşkil olunacaq.

Ege Universitetinin əməkdaşı Aqrar İqtisadiyyat fakültəsində seminar söyləyəcək