Doktorantura səviyyəsinə sənəd təqdim etmək istəyən magistrlərin nəzərinə

Cari ildə magistraturanı bitirən, yəni hazırda II kursda təhsil alan magistrlar təhsildə fasilə verməmək məqsədilə doktoranturaya sənəd təqdim edə bilər.

Bunun üçün 05 aprel 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd 1. II kursda təhsil alan magistrlar hazırda diplom və arayış təqdim etmirlər. Lakin cari ilin 15 avqust tarixinə qədər bu şəxslər magistraturanı bitirmək haqqında diplom və ya magistraturanı bitirmək haqqında Arayışı (rektorun imzası və möhürlə) ADAU-ya təqdim etməlidirlər. Əks təqdirdə, “Fəlsəfə” fənni üzrə imtahanda iştirak edə bilməzlər.

Qeyd 2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya yalnız magistr dissertasiyasını müdafiə edəcək magistrlar müraciət edə bilər.

Ətraflı məlumat üçün Elm şöbəsinə müraciət edə bilərsiniz.

Doktorantura səviyyəsinə sənəd təqdim etmək istəyən magistrlərin nəzərinə