ADAU-nun “Məzun Günü” Gəncə İdman Sarayında keçiriləcək

Əziz tələbələr və məzunlar!
23 iyun saat 16:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Məzun Günü” tədbiri keçiriləcək. Məzunların ən yaddaqalan günlərindən birinə çevriləcək tədbir Gəncə İdman Sarayında baş tutacaq.

Məzun Gününün xüsusi qonaqları:
* Aparıcı - Zamiq Hacıyev
* Sevilən müğənnilər - Əhməd Mustafayev, Nərmin Kərimbəylova və Nihat Məlik
* “Nur” rəqs qrupu
* DJ Niko

Maraqlı çıxışlar, canlı musiqi, rəqs nömrələri və əyləncəli proqramla yadda qalan bir axşam sizi gözləyir. Xüsusi qonaqların iştirakı ilə keçiriləcək tədbir tələbələrə və məzunlara unudulmaz anlar yaşadacaq.

-Tədbirdə iştirak etmək istəyən hər kəsin nəzərinə!
Tədbir məkanına giriş yalnız xüsusi akreditasiya sistemi ilə həyata keçiriləcək.

Son müraciət tarixi: 21 iyun, saat 23:59

Qeydiyyatdan keçmək üçün:
1. graduation.adauthik.az saytına daxil olun.
2. Statusunuzu ("Məzun" və ya "Tələbə") seçərək şəxsi məlumatlarınızı daxil edin.
3. Növbəti səhifədə tədbirə dəvət edəcəyiniz qonaqların məlumatlarını qeyd edin.
4. Məlumatlarınız Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənəcək.
5. Təsdiq olunduğu halda giriş biletiniz SMS vasitəsilə sizə
göndəriləcək.

ÖNƏMLİ QEYD:
Tədbirə giriş yalnız PDF formatında təqdim edilən bilet əsasında mümkündür. PDF bileti təqdim etməyən şəxslərin tədbirə daxil olmasına icazə verilməyəcək.

Qeydiyyatdan keçməyə tələsin və bu möhtəşəm məzun gecəsində bizimlə birgə olun!


ADAU-nun “Məzun Günü” Gəncə İdman Sarayında keçiriləcək