ADAU-da master-klass təşkil olunacaq

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsində magistratura pilləsində təhsil alan tələbələr üçün master-klass keçiriləcək.

19 noyabr saat 18:00-da təşkil olunacaq görüşdə iqtisadiyyat sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssis Dr. Hüseyn Məmmədov tələbələrlə görüşəcək.

Master-klass zamanı iqtisadi araşdırmaların aktual istiqamətləri, akademik inkişaf imkanları və beynəlxalq elmi mühitdə tələb olunan bacarıqlar haqqında məlumat veriləcək.

Masterklass universitetin İqtisadiyyat fakültəsində baş tutacaq.


ADAU-da master-klass təşkil olunacaq